NN Servis -məişət texnikalarının təmiri, quraşdırılması, xüsusən bütün növ kondisionerlərin, kombilərin, soyuducuların, paltaryuyan maşınların təmiri və onlarda yaranan problemlərin çevik, opetariv surətdə həll edilməsi üçün peşəkar komanda tərəfindən xidmətlərin həyata keçirilməsini təmin edir. Bununla yanaşı, müasir havalandırma sistemlərinin quraşdırılması və servisi, binalarda, evlərdə, ofislərdə və s. elektrik xəttlərinin çəkilməsini professional ustalar tərəfindən həyata keçirilməsi işləri şirkətimizin başlıca istiqamətlərindəndir.
Kondisioner quraşdırılmasının ən əsas mərhələləri aşağıdakılardır:
Kondisioner təmiri prosesinin effektiv keçirilməsi üçün kondisioner ustası aşağıdakı mərhələlərə
Bildiyimiz kimi, müasir tibbi laboratoriyalarda sübüt olunmuşdur ki, kondisionerlərin çirklənməsi həmin arealdakı havanın insan orqanizminə zərərli olan bakteriyalarla zənginləşməsinə səbəb olur. Odur ki, həm sağlamlıq baxımından, həm də kondisionerlərin istifadə müddətinin uzadılması baxımından kondisionerlərin və onların filterlərinin tez-tez yuyulub təmizlənməsi olduqca vacibdir. Bu prosesin mütəmadi olaraq həyata keçirilməsi evinizin, ofisinizin təmiz və sağlam hava ilə təchiz edilməsinə şərait yaradacaq. Çirklənmiş kondisionerlər effektiv işləmə mexanizmini itirməklə yanaşı, daxilə çirkli su sızıntısına şərait yaradır, həm də artıq enerji sərfiyyatına da səbəb ola bilir.
Split sistem günümüzdə ən təlabatlı kondisioner sistemidir. Çox zaman öz məkanlarında bu sistemi quraşdıran insanlar üçün də ortaya maraqlı bir sual çıxa bilir. Bəs Split sistemli kondisioner nədir?!
Split sistemli kondisioner xarici və daxili 2 blokdan ibarət bir sistemdir. Adını ingilis dilindən tərcümədə ayırmaq sözü olan Split sözündən götürülmüşdür. Bu sistemdə kondisionerin funksionallığı bu iki blok arasında bölünmüşdür.
Split sistem havanın soyudulması üzrə ən universal sistem hesab edilir. Onu təkcə evlərdə deyil eyni zamanda ofislərdə, ticarət mərkəzlərində və digər tipli binalarda quraşdırılır. Biz sizə bu tipli sistemlərin təmirində ən funksional xidmət təklif edirik. Əgər sizin də kondisionerinizin təmirə ehtiyacı varsa, buyurun, bizə müraciət edin.
Kanal tipli kondisioner Split sisteminin bir növüdür. Bu sistemin köməkliyi ilə məkanınızın bütün otaqlarında mikroiqlim şəraiti yaratmaq olur. Kanal tipli kondisionerlər 2 daxili və xarici blokdan ibarətdir. Tavan hissədə quraşdırılan daxili blokdan xüsusi kanal vasitəsilə soyuq hava otaqlara paylanılır. Bu kondisionerlər havalandırma gücündən asılı olaraq 3 hissəyə bölünür: Aşağı, Orta və Yüksək güclü.
Bəzi hallarda insanlarda belə bir səhv məlumat formalaşır ki, Kanal tipli kondisionerlər xüsusi xidmət tələb etmir. Lakin bu yalnış fikirdir. Aşağı güclü kondisionerlərə ildə bir, orta güclü kondisionerlərə ildə 2, yüksək gücül kondisonerlərə isə ildə 4 dəfə texniki servis xidməti göstərilməlidir.
Siz də keyfiyyətli şəkildə texniki servis və təmir işləri üçün bizə müraciət edə bilərsiniz.
Şkaf tipli kondisionerlər hər hansı bir məkanda istənilən temperaturu əldə etmək üçün istifadə edilən kondisioner tipidir. Bu avadanlıq 80 kVt gücə malik ola bilir və inverter mühərriki ilə təchiz edilmişdir. Əslində, şkaf tipli kondisionerlər soyuducu, qızdırıcısı, hava nəmləndiricisi və onun süzgəc elementini özündə birləşdirən monoblok sənaye cihazı hesab olunur. Bütün şkaf kondisionerləri istilik dəyişdirici soyutma prinsipi ilə təsnif edilir. Bu kondisonerlərin texnologiyası demək olar ki, adi split sistemli kondisionerlərdən fərqlənmir. Şkaf tipli kondisionerlər elektrik mühərriki olan bir soyutma kompressorundan, istilik dəyişdiricisi-buxarlayıcıdan, istilik dəyişdiricisi-kondensatordan, qaz tənzimləyici qurğudan, müxtəlif dərəcədə təmizlənmiş hava filtrlərindən, freon filtrdən, idarəetmə qurğusundan və ventilyatorlardan ibarətdir.
Bu tip kondisionerlərin istifadə sahəsi kifayət qədər böyükdür. Yüksək güc və performansı sayəsində böyük sənaye binalarında, konsert zallarında, alış-veriş və əyləncə komplekslərində, anbar və s. bu tipli obyektlərdə istifadə olunur.
VRV/VRF tipli kondisioner böyük sahələri havalandırma ilə təmin edən kondisioner sistemidir. Bu kondisioner bir binanın bütün mərtəbələrini, hətta böyük yaşayış komplekslərinin də havalandırmasını təmin edə bilir. VRV sistemin arxitekturası multisplit sistemin arxitekturasından kəskin şəkildə fərqlənir. Bir VRV sistem blokuna 2-100 arası müxtəliftipli daxili bloklar qoşmaq mümkündür. Bu sistemə qoşulan hər bir blok fərdi temperatura malik ola bilir. Burada hər bir daxili blok elektrik termoidarəedici ventilə malik olur. VRV sistemdə daxili bloklar fərdi idarəetmə ilə yanaşı mərkəzi idarəetmə sistemi ilə də idarə oluna bilir.
Günümüzdə bu sistem çox geniş yer almışdır. Lüks mənzillərdə və kotteclərdə (mini-VRV), həmçinin ofis, xəstəxana, otel və bu kimi binalarda bu sistemdən istifadə olunur. Bu günə qədər VRV sistemi ən inkişaf etmiş mərkəzi kondisioner sistemlərindən biridir və etibarlı, qənaətcil, səmərəli, müasir tələblərə cavab verir. Əgər siz də bu sistemdən istifadə edirsinizsə rahatlıqla texniki xidmət və təmir işlərinizi bizə həvalə edə bilərsiniz.